“Sən kimsən, namusdan-qeyrətdən danışırsan?” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin

“Sən kimsən, namusdan-qeyrətdən danışırsan?” – XALQ ARTİSTİ TƏNQİD ETDİ

“Sən kimsən, namusdan-qeyrətdən danışırsan?”


Xalq artisti, tanınmış aktyor Yasin Qarayev qəzəblənib.

Yenicag.az-a açıqlama verən aktyor "sənətkaram" deyib, özünü tərifləyənlərin ünvanına kəskin fikirlər səsləndirib:

"Televizora baxmağıma peşman oluram, insan özünü nə qədər yersiz tərifləyər, boş-boş danışar, ona - buna fəlsəfə dərsi keçər? Mən efirdə "sənətkaram" deyib özünü tərifləyənləri görəndə şoka düşürəm. Özünü o qədər öyür, "vətənpərvərəm" deyir, tanımayan olsa, deyərsən bu, görən hansı qəhrəmanlıqları edib. Yaxud da efirə çıxıb, abır-həyadan, namus-ismətdən danışıb, camaata əxlaq dərsi keçirlər. Heç özündən xəbəri yoxdur e. Adama sual verərlər ki, ə, sən kimsən namus-qeyrətdən danışırsan, millətə əxlaq dərsi keçirsən? Vətən darda olanda, ailən-uşağınla xarici ölkələrdə kef edirdin, indi vətənpərvərlik damarın tutub. Bəsdirin də, adam sizi görəndə yerinizə utanıb, xəcalət çəkir. Bu qədər də insan özünü yalandan tərifləyərmi? Mən özüm efirə çıxanda söz deməyə, danışmağa utanıram, dilim-dodağım təpiyir. Fikirləşirəm ki, böyük sənətkarların yanında birdən nəsə deyərəm, yerinə düşməz. Aparıcılar da elə düşünür ki, yəqin Yasin Qarayevin danışmağa sözü yoxdur. Sözüm var e, amma yerimi bilən adamam".
Xalq artisti aparıcıları da tənqid atəşinə tutub:

"Baxırsan aparıcılar qonaqlarla necə rəftar etməyi bilmir. Sırtıqlıqla sərbəstliyi dəyişik salıblar. Onlara elə gəlir ki, sırtıqlıq etmək, elə sərbəstik deməkdir. Başa düşmürlər ki, sənətkarla özünü sənətkar adlandıran arasında yerlə göy qədər fəqr var".

Mənbə: Yeniçağ.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *