Yetim Eyvazın oğlu: Kişiyəm, geyəm, transam, özüm bilərəm!
Atasının yas mərasiminə qatılmadığı üçün tənqid atəşinə tutulan və hətta cinsi azlıq olduğu üçün atasının ondan imtina etdiyi deyilən məşhur şair Yetim Eyvazın oğlu Aqşin iddialara cavab verib.
AzNews.info-nun məlumatına görə, iddialarla bağlı azxəbər-ə danışan mərhum şairin oğlu Aqşin Qurbanov atası ilə düşmən olmadığını deyib: “O, bizi 1996-cı ildən bəri atıb gedib. Nə bizə baxıb, nə də pul verib. Ancaq atamla düşmən deyildim. Münasibətim yaxşı idi. Açığını deyim, mən panik atak xəstəsiyəm. Bilənlər bilir, bilməyənlər də bilsin. Vallah, yola çıxa bilmirəm. 2015-ci ildən bəri Sumqayıtın Tağıyev qəsəbəsindəki evimizə gedə bilmirəm. O səbəbdən yas mərasiminə qatıla bilmədim”.
Aqşin müğənni kimi fəaliyyət göstərib anasına və 38 yaşlı ürək xəstəsi olan qardaşına baxdığını açıqlayıb: “Atam anamdan ayrıldıqdan sonra bizi də atıb getdi. Evlənməmişdi, amma saxladığı var idi. Onunla birlikdə yaşayırdı. Anam da evlənməyib. Anam zəhmətkeş qadın olub. Çörək satıb bizi saxlayıb. Bacılarımı da anam gəlin köçürüb. Anam da da yas mərasiminə qatılmadı. Atamın anama yaşatdıqları zülmlərə baxmayaraq, həmin gün pis olmuşdu. Ölümünü eşidəndə ona halallıq verdi. Bir daha deyirəm ki, atam anama zülm yaşadıb, onu atıb, gedib başqasını saxlayıb. Bilirsiniz, atam çox içən idi. Onun evini elə içki yıxdı. Arağı su əvəzinə içərdi. Çox adama da borcu var idi. Həmişə içib evə baxmayıb. Qardaşım da, mən də döyüş bölgəsində xidmət etmişik. O zaman da atam yanımıza gəlməyib”.
Aqşin Qurbanov onun cinsi azlığın nümayəndəsi olduğunu iddia edib tənqid edənlərə bu sözləri ünvanlayıb: “Elə insanlara demək istəyirəm ki, kimə nə mənim həyatımdan? Kişiyəm, geyəm, transam, özüm bilərəm. Kişiliyimə şübhə edənlər bacılarını gətirsinlər, sübut edim. Özündən deyən qaqaşlar səhərdən axşama kimi transların evindədilər”.
Mənbə:> Azxeber.com