Azərbaycan təmsilçisi "Eurovision"da səhnəyə çıxdı – VİDEO
Bu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Virtualaz.org bildirir ki, müsabiqə Bakı vaxtilə 23:00-da başlayıb.
Altice Arenada, “All Aboard!” (Hamı göyərtəyə!) şüarı altında keçirilin müsabiqənin aparıcıları Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto olub.
Təmsilçimiz Aysel Məmmədova (Aisel) “X my heart” mahnısı ilə 1 nömrə altında çıxış edib. Onu Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçılar Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edib.
Ağ geyimdə olan Ayselin çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"-in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də keçiriləcək.
Mənbə:> Virtualaz.org