Murad Arifin adından insanlar aldadılır: "Eşidəndən şokdayam"
Müğənni-bəstəkar Murad Arifə qarşı dələduzluq edilib.
AzNews.info axşam.az-a istinadən xəbər verir ki, sənətçi onun adından müştərilərinin aldadıldığını deyib:
"Məclis maklerləri ağ edib. Mən vasitəçilərə, onsuz da, öz halal 10%-imi verirəm. Biri məni 5-ə razı salıb, müştəridən 10 götrürsə, buna nə ad vermək olar?.. Yayda apardığım məclislə bağlı elə şey eşitdim ki, şokdaydam! İnsan o loxmanı boğazından necə keçirib, görəsən?
Hörmətli məclis sahibləri, şirkət nümayəndələri! Əgər "Murad Arif bölgələrə getmir", "Tək özü üçün 8-10 min manat istəyir", "Bakıda olmayacaq", "Həmin gün məşğuldur", "Murad müğənni seçiminə müdaxilə edir", "Filan sənətçilərlə məclis aparmır" tipli yalan versiyalar eşitmək istəmirsinizsə, özümə müraciət edin".
Mənbə:> Axşam.az