Aynişan "O səs Türkiyə"də Murad Bozla duet oxudu – VİDEO+FOTO
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “O səs Türkiyə” yarışmasında səhnəyə çıxıb.
Axşam.az-ın məlumatına görə, hazırda İstanbulda təhsil alan Aynişan xalq artisti Polad Bülbüloğlunun repertuarından "Gəl, ey səhər" mahnısını ifa edərək münsiflərin dördünü də döndərə bilib.
Müğənni Murad Boz səhnəyə çıxaraq həmyerlimizlə eyni mahnını duet şəklində səsləndirib. A.Quliyeva sonda Muradı seçərək yarışmaya onunla davam etmək hüququ qazanıb.
Musiqi yarışmasının münsif kürsüsündə Ebru Gündeş, Hadisə, M.Boz, Gökhan və Hakan Özoğuz əyləşir.
Mənbə:> Axşam.az