Özgəcanın atası arzusuna çatdı
"Qızımın ən sevdiyi sənətçi o idi. Mən bu mahnını ürəkdən bəstələdim, əminəm ki, Ebru xanım da bu əsəri ürəkdən oxuyacaq".
ANS PRESS-in məlumatına görə, Türkiyədə amansızlıqla öldürülən Özgecanın atası Mehmet Aslan qızına həsr etdiyi "Ayrılmayalım" mahnısını oxuyacaq Ebru Gündeşə bu sözlərlə minnətdarlıq bildirib.
Ata bu mahnını fevral ayında təcavüz edilərək qətlə yetirilən qızının fotosuna baxaraq bəstələmişdi. Mahnını Ebru Gündeşin oxumasını istəyən dərdli ata, sonunda muradına çatmışdı.
Mehmet Aslanın bu istəyindən xəbər tutan ifaçının ilk reaksiyası belə olmuşdu: "Bu mahnını oxumaq mənim üçün şərəfdir".
Ebru Gündeş "Ayrılmayalım"ı sinql şəklində sentyabr və oktyabr aylarında dövriyyəyə buraxacağını bəyan edib.
Mənbə:> ANSPRESS