İlhamə Quliyeva: Ledi Qaqaya hörmətim artdı
Əməkdar artist Elza Seyidcahanın başına məşəl qoyması xalq artisti İlhamə Quliyevanı özündən çıxarıb.
AzNews.info lent.az-a istinadən xəbər verir ki, “ATV-maqazin” verilişinə açıqlama verən İ.Quliyeva E.Seyidcahanın adını çəkmədən onun barəsində bu sözləri deyib:
“Kimlərsə o müqəddəs məşəli başlarında qəlyanla əvəz eləyib. Çox ayıb olsun”.
İ.Quliyeva E.Seyidcahanı qınasa da, Ledi Qaqanın ünvanına xoş sözlər söyləyib:
“Ledi Qaqaya hörmətim çox artdı. Görünür ki, o, bizim mentaliteti nəzərə alıb, gözəl uzun don geyinmişdi. Dünya ulduzudu da. Özü oturub ifa etdi, oxudu”.
Mənbə:> Lent.az