Elza Seyidcahan: Hər kəs Ledi Qaqaya baxanda məni düşünürdü » AzNews.info -Xəbər portalı

Elza Seyidcahan: Hər kəs Ledi Qaqaya baxanda məni düşünürdü

Elza Seyidcahan: Hər kəs Ledi Qaqaya baxanda məni düşünürdü


Hər kəs Ledi Qaqaya baxanda Elza Seyidcahanı düşünürdü.

AzNews.info xəbər verir ki, bu sözləri azvision.az-a Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan özü bildirib.

O, Avropa Oyunlarının açılış mərasimində səhnəyə çıxan Ledi Qaqa ilə görüşmək istədiyini deyib:

“Mənə yazırlar ki, Elza xanım siz niyə konsertə getmədiniz, niyə səhnəyə çıxmadınız? Sözün açığı onunla görüşmək, həmsöhbət olmaq istərdim. Amma görüşü təşkil etmədilər.

Ledi Qaqa 2006-cı ildə səhnəyə çıxıb. Elza Seyidcahan isə hələ 1990-cı illərdən səhnələrdədir. Tənqidlərə, müzakirələrə baxmaraq, bu gün yenə də səhnədəyəm”.

E.Seyidcahan Ledi Qaqanın çıxışına baxanda kövrəldiyini gizlətməyib: “Ledi Qaqaya baxanda kövrəldim. Bakıda oxuyanda fərəh hissi keçirirdim. Onu çoxlu pullar hesabına ölkəmizə gətiriblər. Biz də Azərbaycanı dünyaya tanıtmaq üçün çalışırıq. Əlimizdən gəldiyi qədər milli dəyərlərimizi dünyaya tanıdırıq.

Dünən çox böyük şans düşmüşdü ki, Azərbaycanın “Ledi Qaqa”sını da dünyaya tanısınlar. Amma olmadı. Bəlkə də başları oyuna qarşıdığı üçün bizim görüşümüzü təşkil etmək barədə düşünməyiblər. Yenə də canları sağ olsun.

Görürsünüz də Azərbaycanın “Ledi Qaqa”sı olan Elzanın stili bu gün yaşayır, yaşayacaq da. Əgər onunla məni tanışdırsaydılar, əsərlərimi ona göstərərdim. İnanın ki, Ledi Qaqa əsərlərimlə tanış olandan sonra qarşımda baş əyərdi. Deyərdi ki, hallan olsun ki, Azərbaycanın 1990-ci illərdən bəri belə bir müğənnisi var”.

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *