Murad Dadaşov Elşad Xoseni "vurmaq" üçün kimə sifariş verib? » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Murad Dadaşov Elşad Xoseni "vurmaq" üçün kimə sifariş verib? - "Maşın şou" ilə bağlı şok iddia

Murad Dadaşov Elşad Xoseni "vurmaq" üçün kimə sifariş verib?

Tanınmış jurnalist Ülviyyə Alovlu “Maşın şou”nun aparıcısı Murad Dadaşov, eləcə də şounun iştirakçısı Vüsalə Kərimova ilə bağlı şok ittihamlar səsləndirib.

Yenicag.az-a açıqlama verən Ü. Alovlu İlkin Misgərli ilə oyundan imtina etməsinin əsl səbəbini və pərdəarxası yaşanan fırıldaqları etiraf edib.

“Niyə oynamalı idim ki? O, bilirdi ki, mən onun müdiri İlkin Həsəniyə söz vermişdim ki, Misgərliyə dəyməyəcəyəm. Biz Həsəni ilə illərdir duz-çörək kəsirik. Mən İlkinlə dostluq edəndə Misgərli restoranlarda klounluq edirdi. 2-3 ildir ki, bu çevrəyə girən adama görə köhnə dostluğu poza bilməzdim. O, bunu bilə-bilə namərdlik etdisə, o demək deyil ki, mən də namərd oyun oynamalı idim. Amma o unutdu ki, həyat bununla bitmir və mənə yaxşı dərs verdi. Dərslərdən biri də o oldu ki, bundan sonra mən belə insanlarla dostluq edə bilmərəm. Açıq bəyan edirəm, artıq “Bozbaş”çıları dost kateqoriyasından kolleqa kateqoriyasına yerləşdirmişəm. Çünki etibardan sui-istifadə edənlər mənə dost ola bilməz.

“Amma bu dueldən imtina etməyini başqa yerə yozanlar da oldu. Sms yarışında ona uduzacağını bilib, oynamadın – dedilər», sualına isə Ü. Alovlunun cavabı belə olub:

“Bu suala verəcəyim cavab çox danışılacaq. Çünki əslində, tamaçaşı tv-nin işini bilməməlidir. Amma artıq bu məsələyə aydınlıq gətirmək üçün etiraf etməliyəm. Belə şoularda xalqdan səslər çox cüzi miqdarda gəlir. Əsas səslər isə iştirakçıların ya dostları, ya da özləri tərəfindən verilir. Mən də belə oyunlar üçün yaxınlarımın pul xərcləməsini istəmədim. Çünki səsvermədə qalib gəlmək üçün külli miqdarda pul qoyanlar oldu ki, hələ də o borcu necə verəcəklərini düşünürlər (gülür). Məsələn, elə biri Vüsalə Kərimova. Dediyinə görə, Murad Dadaşovdan Elşad Xoseni “vurmaq” sifarişi alıb. O dueldə Vüsalə həm ona qarşı çıxan Talıba, həm də “sifariş olunmuş” Xoseyə qalib gəlmək üçün xeyli pul xərcləməli olub. Bildiyimə görə, “Maşın şou”da ona xərclənən səslərə görə protejesi Yaşarla birgə hələ də 9 min manat borcları var. Axırda nə oldu ki? Onsuz da oyundan atdılar da (gülür). O 9 minin üstünə 9-un da qoyub, özümə yeni maşın alaram da. Tamaşaçı bilsin ki, heç də hər şey tv-də göründüyü kimi deyil. Mən isə heç vaxt belə fitnələrə getməmişəm və getmərəm. Tamaşıçı da açıq-aydın gördü ki, bu mənada ayıq adamam və heç kimə məni öz şousu üçün oyuncaq etməyə imkan vermərəm!!!”

Mənbə: Yenicag.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *