Xoşqədəmin əkiz uşaqları olacaq
Bir müddətdir ekranlardan uzaq düşən türkiyəli müğənni Doğuş Türkiyə mətbuatına verdiyi müsahibələrindən birində ailəsi ilə bağlı maraqlı məqamları açıqlayıb.
AzNews.info-nun lent.az-a istinadən məlumatına görə, müsahibəsində ata olmaq sevincini xüsusi ifadə edən Doğuş həyat yoldaşı Xoşqədəm Baxışəliyeva ilə birgə əkiz övlad gözlədiklərini açıqlayıb:
“Əkiz oğlanlarımız olacaq. 41 yaşındayam və ata olacağımı eşidəndə ayaqlarım yerdən kəsildi sanki. Gözlərimdən sevinc göz yaşları fışqırdı. Keçmişdə də münasibətlərim olub, ancaq Rəbbim bu evlilikdə övlad nəsib etdi”.
Doğuş xanımı azərbaycanlı aparıcı X.Baxışəliyevanın işi ilə bağlı Azərbaycanda, özünün isə çox vaxt Türkiyədə olmasının onlara çətinlik yaratdığını dilə gətirib:
“Buna görə həyat yoldaşımın Türkiyədə iş qurmasını istəyirəm. Uşaqlarım da Türkiyədə doğulmalıdır”.
Özünü “vətən aşiqi” adlandıran türkiyəli ifaçı buna görə uşaqlarının məhz Türkiyədə, doğma vətənində doğulmasını istədiyini açıqlayıb:
“Xanımım uşaqların ABŞ-da doğulmasını istəyir, amma mən də deyirəm ki, mən milliyyətçiyəm və uşaqlarım Türkiyədə doğulacaq”.
Ata olacaq ifaçı hətta gələcəkdə təşkil edəcəyi konsertlərdən birində əkizləri ilə birgə səhnəyə çıxmaq niyyətində olduğunu da dilə gətirib:
“Hər ikisini də çiynimə asıb, səhnədə mahnı ifa edəcəyəm”.
Mənbə:> Lent.az