Hadisə: “Bakıdan mənə təklif gəlməyib”
Məşhur türk müğənnisi Hadisə Azərbaycanda konsert verəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Axar.az xəbər verir ki, Yeni il günü Qubada konsert verəcəyi və həmin konsertin təxirə düşdüyü xəbərini eşidən müğənni bu iddianın yalan olduğunu bildirib.
O, Azərbaycanda konsertlə bağlı təklif almadığını deyib.
Xatırladaq ki, ötən ayın sonu mətbuatda Hadisənin Yeni il bayramı münasibəti ilə Qubada 250 min dollar qonorar qarşılığında konsert verəcəyi və bu konsertin təxirə salındığı barədə xəbərlər yayılmışdı.
Mənbə:> Axar.az