"Dünyada ən çox sevdiyim insan atamdır" – FOTO
Tanınmış teleaparıcı-aktrisa Aysel Nazim idealı ola biləcək kişidən danışıb. Big.az-a açıqlama verən Aysel, həmin kişinin xüsusiyyətlərini sadalayıb:
"İdeal kişi atam kimi olmalıdır. Atam kimi gözəl ailə başçısı, ailəsinə sadiq, dürüst və çalışqan insan. Vətəninə, dövlətinə canla-başla xidmət edən bir vətəndaş. Dünyada ən çox sevdiyim insan atamdır. Atamın qızıyam".
"Bəs həyat yoldaşınız sizin üçün ideal deyilmi?" sualına, o, belə cavab verib:
"Çox istərdim ki, həyat yoldaşım atama oxşasın".
Qeyd edək ki, Aysel öz soyadı kimi atasının adını götürüb.
Mənbə:> Big.az