Avstraliyalı xanım dünyanın 22 ölkəsində belə ideal kişi tapa bilmədi
Avstraliya sakini Bembi Smit dünyanın 22 ölkəsində 75 görüşə gedib, səbəb isə ideal həyat yoldaşı tapmaq idi, Lenta.ru The Mirrora istinadən məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Smitin bildirdiyinə görə, 56 yaşında yenidən həyat yoldaşı axtarmağa məcbur qalıb. O, 47 yaşında daimi tərəfdaşından ayrıldıqdan sonra bu axtarışa başlayıb və 9 il müddətində öz ölkəsində layiqli namizəd tapmayıb.
Smitin sözlərinə görə, görüş üçün Avropada kişi tapmaq onun üçün daha asan idi, belə ki, Yaponiya, Braziliya və Rusiyada görüşlərin təşkilində çətinliklər yaranırdı.
Qadın Pol Makkartni və Madonnanın dostluq etdiyi insanlarla görüşməyə, üç nəfərlik görüşlərə getməyə başlayıb, eləcə də seriya qətllər törətmək istəyən adamla və Vatikandan 23 yaşlı keşişlə görüşüb.
Ən yadda qalan görüşü isə Stefano adlı italyan ilə 14 saatlıq gəzintisi olub.
Avstraliyaya qayıtdıqdan sonra Bembi “Menyuda kişilər” adlı kitab yazıb, burada özünün üç aylıq səyahətindən danışıb.
Qadın səfərdə həyat yoldaşı tapa bilməyib, amma hal-hazırda pərəstişkarı var.
Mənbə:> Oxu.Az