Lüt şəkillərinə görə tacını aldılar – FOTO
Kolumbiyanın Antioquia əyalətinin gözəli 21 yaşlı Paola Builes Aristazabalın tacı əlindən alınıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, buna səbəb avqustun 10-da gözəl seçilən Paolanın lüt fotolarını sosial şəbəkədə paylaşması olub.
Şok olduğunu deyən gözəl başqa iştirakçıların da lüt şəkillərinin olduğunu, amma heç birinin belə hadisə ilə qarşılaşmadığını iddia edib. O, eyni zamanda fotoların 2 il əvvəl çəkildiyini bildirib. Buna baxmayaraq Builesin tacı əlindən alınaraq, müsabiqədə ikinci olan Natalia Oçoa Kalleyə verilib.
"Miss Antioqua" adını qazanan Natalia əyalətini dünyada baş tutacaq gözəllik yarışmasında təmsil etmək şansı qazanıb.
Mənbə:> Axsam.Az