"Boşansaq da, hər gün zəngləşirik" » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Dünya

"Boşansaq da, hər gün zəngləşirik"

"Boşansaq da, hər gün zəngləşirik"


Axşam.az-ın məlumatına görə, 60-cı illərin obrazında kamera qarşısına keçən Miranda gözəllik sirlərini bölüşüb. O, təbii qidalara üstünlük verdiyini deyib:

“İndi yaşadığım evin öz bağı və bostanı var. Orada hər cür meyvə və tərəvəz yetişdirirəm. İnsanlar inanmırlar, amma mən harasa gedəndə, hətta təyyarəyə belə öz hazırladığım yeməkləri aparıram. Otellərdə qalanda isə mənə buxarda bişirilmiş tərəvəzlər və göyərti soku gətirilməsini istəyirəm. Çünki onlar dəriyə, saçlara və dırnaqlara faydalıdır. Şkafımda hər zaman şokoladım olur. Saçlarımın belə təbii görünşü də təbii qidalardandır. Yeri gəlmişkən, oğlum Flinnin saçları da mənimkinə bənzəyir. Ancaq o, atası Orlando kimi əsl britaniyalı ləhcəsi ilə danışır”.

Hazırda 25 yaşlı milyarder Evan Şpiqellə sevgili olan Miranda keçmiş həyat yoldaşı, aktyor Orlando Blumdan da danışıb:

“Bizim münasibətimiz çox yaxşıdır. Boşansaq da, hər gün zəngləşirik, bayramları bir yerdə qeyd edirik. Biz çox yaxınıq və hər zaman da bir-birimizi sevəcəyik”.

Mənbə: Axşam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *