Diva yas geyimi ilə hamını şoka saldı – FOTO
Türk sənət musiqisinin divası hesab edilən Bülənt Ersoyun geyimi yenə qalmaqala səbəb olub.
ANS PRESS-in məlumatına görə, müğənni sənətçi Müzəffər Özpınarla vida mərasiminə qatılıb. B.Ersoy vidalaşmadan sonra onun dəfnində də iştirak edib.
Ən diqqət çəkən isə Ersoyun paltarı və eynəyi olub. Belə ki, diva fantastik filmlərdəkini xatırladaq gözlüyü ilə dəfn mərasimində belə diqqət mərkəzində ola bilib.
Onun qəribə və formasız uzun qara geyimi, şlyapası, boyunbağı da təccüb doğurub.
Müğənninin geyimi, xüsusilə eynəyi sosial şəbəkələrdə lağ obyekti olub.
Sənətçi "o mənim atam kimi idi" dediyi Özpınarın məzarına torpaq da atıb.
Mənbə:> ANSPRESS