Təranə Qumral görün özünü kimə bənzətdi – FOTO
Azərbaycanlı müğənni geyimi ilə qardaş ölkə sənətçisini yamsıladı.
ANS PRESS-in məlumatına görə, ötən günlərdə verilişlərdən birində toy mərasimi keçirərək müğənni-bəstəkar Musa Musayevlə yenidən rəsmi nikaha girən Təranə Qumral bu dəfə geyimi ilə maraq cəlb edib.
Belə ki, sevilən müğənni tədbirlərdən birində iştirakı zamanı məşhur türkiyəli sənətçi Sibel Canın nə vaxtsa geyindiyi əlbisənin oxşarını geyinib.
T.Qumral həmin əlbisədə fotoşəkillər çəkdirərək daha sonra Sibel Canın da eyni geyimdə olan fotoşəkli ilə birgə sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Azərbaycanlı müğənninin “Instagram” izləyiciləri onun Sibel Candan daha gözəl olduğunu, geyimin də onun üzərində çox gözəl göründüyünü vurğulayıblar.
Mənbə:> ANSPRESS