Bakıda “İfam" xalq səhnəsinə böyük maraq var – VİDEO
Fəvvarələr meydanın yaxınlığında təşkil edilən kiçik səhnə burdan keçən hər kəsin marağına səbəb olub. “İfam xalq səhnəsi” adı verilən bu yerdə hər kəs öz bacarığını göstərə bilir. Kiçikdən tutmuş böyüyədək. Kimi öz ifasını səsləndirir, kimi isə Dj-lik bacarığını göstərməyə çalışır.
Səhndə istedad və bacarığını nümayiş etdirmək istəyən ilk növbədə qeydiyyatdan keçir. Yaşından aslı olmayaraq hər kəs bu meydana çıxa bilər. Balacalar da fürsətdən istefadə edib meydanda öz rəqsilə hər kəsi ram etməyə çalışırdı. Səhnədəkilərin bacarıq və istedadı tanınmış şəxslərlə bərabər, turistlərin də marağına səbəb olub.
Banqladeşli turist Ahşad Bencari deyir ki, Bakı çox gözəl şəhərdir, burda gənclər rəqs edir, əylənir, oxuyur, baş düməsəm də bu mənim üçün çox maraqlıdır.
“Ən azından gənclərimiz sevinir, bacarıqlarını burada nümayiş etdirilər. Burdakı pozitivliyə çox sevinirəm. Məhz bu pozitivliyi yaradan şəxslər var olsun. Sevindiricidir, baxdıqcan adamın ürəyim açılır” , – deyə yumorist Səbuhi Xanlarov bildirib.
Səhnəyə çıxanlardan elələri də vardı ki, öz ifası ilə tamaşaçıların böyük dəstəyini qazana bildi.
"İfam" xalq səhnəsində yaşından və cinsindindən asılı olmayaraq hər kəs istədiyi dildə musiqi səsləndirb öz bacarığını göstərə bilər. Burda hətta əcnəbi qonaqlar da öz bacarığını nümayiş etdirib.
“Bu səhnə həm yerli, həm də əcnəbilər üçün nəzərdə tutulub. Səhnə azad bir səhnədir. Bu günə kimi bir çox əcnəbilər səhnəyə çaxaraq özlərinə xas bir şəkildə bəyəndikləri mahnıları ifa ediblər. Məsələn, bu günlərdə Rusiyadan Azərbaycana qonaq gəlmiş bir qadın səhnəyə çıxaraq Alla Puqaçovanın ''Million alix roz'' mahnısını ifa etmişdi”, - deyə “İfam xalq səhnəsi”nin aparıcısı Amil Mirzəyev qeyd edib.
Bu səhnə paytaxtda keçirələck Avropa Oyunları yekunlaşanadək yerində qalacaq. Yəni hələ içinizdəki istedadı üzə çıxarmağa vaxt tapmamısınızsa, bu fürsəti dəyərləndirin.
Mənbə:> ANSPRESS