2017-ci ilin ən pis filmi məlum oldu – VİDEO
ABŞ-da “Qızıl moruq” mükafatının təşkilatçıları 2017-ci ilin ən pis filmini elan edib.
Oxu.Az “Lenta.ru”-a istinadən xəbər verir ki, bu “anti-mükafata” rejissor Toni Leondisin çəkdiyi “Emoci filmi” layiq görülüb.
Animasiya filminin videoçarxı mükafat təşkilatçılarının YouTube kanalına yerləşdirilib.
Film eyni zamanda ən pis ssenari nominasiyasında “qalib” olub. Leondis isə ilin ən pis rejissoru elan edilib.
Ötən ilin ən pis filmləri nominasiyasında digər namizədlər, “Malibunun xilasediciləri”, “Əlli çalar daha tünd”, Transformerlər: sonuncu sərkərdə” və “Mumiya” filmi olub.
Tom Kruz “Mumya” filmindəki roluna görə, ilin ən pis aktyoru nominasiyası üzrə verilən heykəlciyə sahib çıxıb, ən pis aktrisa “anti-mükafatı” isə “Hellouin Medey 2” filminin baş rol ifaçısı Tayler Perriyə nəsib olub.
Mənbə:> Oxu.Az