Oriental rəqqasənin Bakıda "Ərəb gecəsi" – FOTO
Rəqqasə Aytən paytaxtın dəbdəbəli restoranlarının birində "Ərəb gecəsi" düzənləyib.
ANS PRESS-in məlumatına görə, oriental rəqqasənin 8 Mart Beynəlxalq Qadınlar bayramında kişilər üçün konserti baş tutub.
Azərbaycanlı rəqqasə rəqsləri ilə yanaşı Türkiyənin tanınmış modelyeri Semih Dogruerin hazırladığı cazibədar geyimləri ilə gecəyə damğasını vurub.
Oriental Ayten ilk dəfə heç bir rəqqasənin etmədiyi 20 dəqiqəlik rəqsi və canlı darbuka ritmlərilə izləyicilərin qarşısına çıxıb.
Aytənin konserti 3 hissədən ibarət olub. Səhnədə əsl məhşur ərəb rəqqasələrini xatırladan Aytən maraqlı şousula tamaşaçıları əyləndirib.
Qeyd edək ki, "Ərəb gecəsi" adlı konsertin təşkilatçısı produser Mikayıl Hüseynov olub.
Mənbə:> ANSPRESS