Yarat Müasir İncəsənət Mərkəzində “Qara bağ” filminin nümayişi baş tutdu » AzNews.info -Xəbər portalı

Yarat Müasir İncəsənət Mərkəzində “Qara bağ” filminin nümayişi baş tutdu

Yarat Müasir İncəsənət Mərkəzində “Qara bağ” filminin nümayişi baş tutdu


23 avqust tarixində saat 19:00-da Yarat Müasir İncəsənət Mərkəzində Amil Məmiyevin “Qara bağ” filminin nümayişi baş tutdu. Yarat Film Klubunun çərçivəsində təşkil olunan tədbirə qatılan rejissor Amil Məmiyev tamaşaçıların filmlə bağlı suallarını cavablandırmışdır.

Qeyd edək ki, “Qara bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Qara bağ” filminin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırırlar.

Növbəti həftələrdə Yarat Müasir İncəsənət Mərkəzində “40-cı paraleldə” kinoalmanaxına daxil olan digər filmlərin də nümayişi nəzərdə tutulub.

Yarat Müasir İncəsənət Mərkəzində “Qara bağ” filminin nümayişi baş tutdu
Yarat Müasir İncəsənət Mərkəzində “Qara bağ” filminin nümayişi baş tutdu

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *