“Kristal Kale” Beynəlxalq Film Festivalı » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

“Kristal Kale” Beynəlxalq Film Festivalı

“Kristal Kale” Beynəlxalq Film Festivalı

AzNews.info xəbər verir ki, Elçin Musaoğlunun “Nabat” və Asif Rüstəmovun “Axınla aşağı” tammetrajlı bədii filmləri Türkiyənin “Kristal Kale” Beynəlxalq Film Festivalının əsas proqramında yer alıb. 24-30 iyun keçiriləcək festivalda Azərbaycan, Almaniya, Bolqarıstan, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrin istehsalı olan filmlər nümayiş olunacaq.

Qeyd edək ki, “Nabat” və “Axınla aşağı” bədii filmləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmışdır.

Dram janrında lentə alınan “Nabat” bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatameh Mohamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

“Axınla aşağı” bədii filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreevska, Teymur Məmmədov və digərləri canlandırırlar.
“Kristal Kale” Beynəlxalq Film Festivalı

“Kristal Kale” Beynəlxalq Film Festivalı

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *