“İnikas” beynəlxalq film festivalında
AzNews.info xəbər verir ki, Qeyd edək ki, "İnikas" bədii filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmışdır.
Filmin süjet xətti SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn müəmmalı hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda nə ilə qarşılaşacağından xəbərsizdir...
Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova və digərləri canlandırıblar.
Mənbə:> AzNews.info