“Qara bağ” qısametrajlı bədii filminin nümayişi keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

“Qara bağ” qısametrajlı bədii filminin nümayişi keçiriləcək

“Qara bağ” qısametrajlı bədii filminin nümayişi keçiriləcək

Yarat Müasir İncəsənət Mərkəzində “Qara bağ” qısametrajlı bədii filminin nümayişi keçiriləcək

AzNews.info xəbər verir ki, 23 avqust 2016-cı il tarixində saat 19:00-da Yarat Müasir İncəsənət Mərkəzində Amil Məmiyevin “Qara bağ” qısametrajlı bədii filminin nümayişi keçiriləcək. Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.

Qeyd edək ki, “Qara bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Qara bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırırlar.

Giriş sərbəstdir. Əlavə məlumat üçün əlaqə telefonu: +99412 505 1414

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *