“Vicdanın hökmü” adlı tamaşa səhnəyə qoyulub - FOTO
AzNews.info xəbər verir ki, 15 iyun –Qurtuluş günü ərəfəsində Zaqatala Rayon Mədəniyyət Mərkəzində Hüseynbala Mirələmovun “Vicdanın hökmü” adlı iki hissəli dram əsərinin tamaşası oynanılıb. Əməkdar mədəniyyət işçisi, rejissor Bayram Qurbanovun quruluş verdiyi tamaşanın rollarını həvəskar aktyorlar canlandırıb. Tamaşa Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və qəhrəmancasına döyüşlərdə həlak olmasından bəhs edir. Tamaşanın əsas ideyası igid əsgərlərimizin mənfur ermənilərin törətdikləri vandalizmə qarşı ayıq-sayıq olmağa və döyüşlərdə iştirak etməyə çağırır. Tamaşaçı kütləsinin marağına səbəb olan tamaşa alqışlarla qarşılanıb.
Mənbə:> AzNews.info