Sumqayıt şəhərində Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Foto

Sumqayıt şəhərində Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib - FOTO

Sumqayıt şəhərində Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib

AzNews.info xəbər verir ki, Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər Mədəniyyət və Turizm idarəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar rəssamı Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib.

“Torpaq və insan” adlı fərdi sərgidə rəssamın 47 ədəd rəsm əsəri, 21 ədəd qəzet materialı və 11 ədəd keçirilmiş sərgilərin afişaları nümayiş olunub.

Sərgini giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov açaraq yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, Milli Məclisin deputatları Xanhüseyn Kazımlı, Tahir Mirkişili, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Teymur Səmədov, Xalq şairi Sabir Rüstəmxanlı, xalq artistləri Rasim Balayev, Fəxrəddin Manafov, əməkdar artist Elza Seyidcahan, əməkdar rəssam Vaqif Nəzirli və digərləri çıxış edərək Əşrəf Heybətov haqqında xatirələrini və ürək sözlərini bölüşüb, xoş arzularını çatdırıblar.

Tədbirdə Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbinin skripka sinfinin şagirdlərinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri dinlənilib.

Qeyd edək ki, əməkdar rəssam Əşrəf Heybətov YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Hal-hazırda Almaniyada yaşayan rəssam “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir. Onun əsərləri xarici ölkələrin şəxsi kolleksiya və qalereyalarında saxlanılır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Sumqayıt şəhərində Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib

Sumqayıt şəhərində Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib

Sumqayıt şəhərində Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib

Sumqayıt şəhərində Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib

Sumqayıt şəhərində Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib

Sumqayıt şəhərində Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *