Birinci Avropa Oyunlarına həsr edilən “Şəhər və insanlar” adlı sərgi » AzNews.info -Xəbər portalı

Birinci Avropa Oyunlarına həsr edilən “Şəhər və insanlar” adlı sərgi

Birinci Avropa Oyunlarına həsr edilən “Şəhər və insanlar” adlı sərgi


İyunun 26-sı “Art Villa” qalereyasında Əməkdar-rəssam Əşrəf Heybətovun Bakıda keçirilən Birinci Avropa Oyunlarına həsr edilən “Şəhər və insanlar” adlı sərgisi açılacaq.

AzNews.info xəbər verir ki, sərgi Azərbaycan İncəsənət Konsulluğu (Arts Council Azerbaijan) qeyri-hökumət təşkilatının təşəbbüsü ilə və “Simurg” Azərbaycan Mədəniyyət Assosiasiyasının dəstəyi ilə təşkil olunub.

Hal-hazırda rəssam Almaniyada yaşayır. O, 1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri”, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, “Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, Rusiya Federasiyası Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür. “Azərbaycan-Almaniya” Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA (“Platforma, Dialoq, Avrasiya”) təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.

Sərgidə rəssamın 25 rəngkarlıq əsərləri nümayiş olunacaq. Sərgiyə giriş sərbəstdir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *