“Şekspir Xalçası” müsabiqəsinin mətbuat konfransı keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Foto

“Şekspir Xalçası” müsabiqəsinin mətbuat konfransı keçirilib - FOTO

“Şekspir Xalçası” müsabiqəsinin mətbuat konfransı keçirilib

AzNews.info xəbər verir ki, Mətbuat konfransında çıxış edən muzeyin direktoru Şirin Məlikova bildirib ki, Azərbaycan “Şekspir Xalçası" dünyada bu tipli yeganə müsabiqədir: “Böyük şairin yaratdığı poetik dünyanı vizuallaşdırmaq və Azərbaycan xalçasının qədim ornament mədəniyyəti ilə birləşdirmək çətin olmasına baxmayaraq çox maraqlıdır.

Biz gözlənilməz layihələr, Şərq və Qərb incəsənətinin klassik formalarına yeni baxışlar gözləyirik və ən yaxşı layihələr Xalça Muzeyində sərgilənəcək, lakin qalibin eskizi üzrə toxunan xalça Londonun Viktoriya və Albetr muzeyinə hədiyyə veriləcəkdir. Qalib bu gözəl şəhəri görmək, əfsanəvi “Qlobus” teatrına ziyarət etmək, və Viktoriya və Albert muzeyinində dünya şədervlərini görmək imkanı əldə edəcək. Bir də demək istərdim ki, qalib həmin muzeyin kolleksiyasında saxlanılan XVI-XIX əsrlərə aid qiymətli Azərbaycan xalçalarını da görmək imkanı əldə edəcəkdir.

Müsabiqənin bütün potensial iştirakçılarına uğurlar arzulayaraq demək istəyirəm ki, hər bir yaradıcılıqda əsas amil daxili azadlıqdır. Məhz azadlıq, yaradıcılıq təxəyyülünün və potensialının maksimum açılmasına kömək edir”

Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov müsabiqənin əhəmiyyətindən danışıb, Azərbaycan mədəniyyətinə Şekspir yaradıcılığının töhfələrindən bəhs edib.

"British Council"ın Azərbaycan üzrə direktoru Elizabet Uayt yaradıcı insanları müsabiqəyə qoşulmağa və Şekspirin şərəfinə xalça dizaynı hazırlamağa dəvət edib: "Azərbaycanın qədim xalçaçılıq ənənələri vardır. Dünyanın ən qədim tarixə malik xalçası və ən böyük, tarixi baxımdan əhəmiyyətli və gözəl xalçalarından biri Cənubi Azərbaycandan olan Ərdəbil xalısıdır. O, Şekspirin dünyaya gəlməsindən 15 il öncə toxunmuş və hazırda Londonun Viktoriya və Albert Muzeyində nümayiş olunur. Axı Şekspirin ildönümünü Azərbaycanda qeyd etmək üçün yeni xalçanın hazırlanmasından gözəl nə ola bilər? Biz bu layihədə Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq etməkdən qürur duyur və bütün yaradıcı insanları bu müsabiqəyə qoşulmağa və Şekspirin şərəfinə xalça dizaynı hazırlamağa dəvət edirik."

Tədbirdə həçinin "British Council"ın regonal direktoru Əndi Vilyams və incəsənət üzrə meneceri Dilarə İbrahimova “Şekspir Xalçası” müsabiqəsi haqqında fikirlər səsləndiriblər. Qeyd olunub ki,ən yaxşı dizaynlar sərgidə nümayiş olunacaq və mükafat qazanmış dizaynlar əsasında xalçalar toxunacaq.

Müsabiqə Azərbaycanın bütün vətəndaşları və sakinləri üçün açıqdır. Müsabiqə 31 iyul 2016-cı ildə sona çatır. Bütün dizaynlar onlayn formada təqdim ediləcək. Bu haqda əlavə məlumatı www.britishcouncil.az internet ünvanından almaq mümkündür.
“Şekspir Xalçası” müsabiqəsinin mətbuat konfransı keçirilib

“Şekspir Xalçası” müsabiqəsinin mətbuat konfransı keçirilib

“Şekspir Xalçası” müsabiqəsinin mətbuat konfransı keçirilib

“Şekspir Xalçası” müsabiqəsinin mətbuat konfransı keçirilib

“Şekspir Xalçası” müsabiqəsinin mətbuat konfransı keçirilib

“Şekspir Xalçası” müsabiqəsinin mətbuat konfransı keçirilib

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *