Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir » AzNews.info -Xəbər portalı

Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir – FOTO

Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qərb Universiteti ilə birlikdə dahi ingilis şairi və dramaturqu V.Şekspirin (26.04.1564-23.04.1616) vəfatının 400 illiyinə həsr olunmuş tədbir keçirmişdir.

AzNews.info xəbər verir ki, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Şekspirin azad düşüncəsi” mövzusunda çıxış etmişdir. Britaniya Şurasının direktoru Elizabet Vayt çıxış etmiş və muzeyə təşəkkürünü bildirmişdir.

Sonra Qərb Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbələrinin ifalarında müxtəlif dillərdə Şekspirin sonet, poema və dram əsərlərindən parçalar səslənmişdir.

Tədbirdə Ü.Hacıbəyli ad. Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Maqda İbrahimova (fleyta), L.və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin 10-cu sinif şagirdi Teymur Əliyev (skripka), BMA-nın professoru Leyla Məmmədəliyevanın ifalarında Qara Qarayevin, Sergey Prokofyevin və başqa bəstəkarların Şekspirin pyeslərinə yazılmış musiqi əsərləri ifa edilmiş, videofraqmentlər nümayiş olunmuşlar.

Tədbirdə arxiv materialları əsasında hazırlanmış Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Şekspir əsərləri musiqidə” və Azərbaycan Dövlət Teatr Muzeyinin “Şekspir Azərbaycan səhnəsində” mövzusunda slayd-şou təqdim olunmuşdur.

Tədbirin qonaqları musiqi ictimaiyyəti, Qərb Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir
Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir
Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir
Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir
Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir
Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir
Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *