Musiqi Mədəniyyəti Dövlət Muzeyində pianoçu İvetta Qriqoryevna Plyamın xatirə gününə həsr olunmuş görüş keçiriləcəkdir
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdur. AzNews.info xəbər verir ki, əsrlər boyu Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Müxtəlif millətlərin nümayəndələri bütün sahələrdə, o cümlədən, musiqi və təhsil sahəsində Azərbaycanın inkişafı naminə böyük işlər görmüşlər. Bunu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında qorunub saxlanılan tarixi sənədlər sübüt edir. “Multikulturalizm ili” ilə əlaqədar muzey silsilə tədbirlər keçirtməyi planlaşdırmışdır.
23 fevral 2016-cı il, saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində pianoçu, pedaqoq, Bakı Musiqi Akademiyasının professoru İvetta Qriqoryevna Plyamın xatirə gününə həsr olunmuş görüş keçiriləcəkdir. Tədbirdə İ.Plyamın həyat və fəaliyyəti haqqında danışılacaq, mövzu ilə bağlı materiallar nümayiş olunacaq, 35 №-li musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim ediləcəkdir.
Mənbə:> AzNews.info