“Qadın, zəriflik, musiqi” » AzNews.info -Xəbər portalı

“Qadın, zəriflik, musiqi”

“Qadın, zəriflik, musiqi”


2 mart 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadın, zəriflik, musiqi” adlı tədbir çərçivəsində görkəmli bəstəkar, dramaturq Ruhəngiz Qasımova ilə görüş keçirilmişdir.

AzNews.info xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.

Muzeyin şöbə müdiri Xanım Abdinova Ruhəngiz Qasımovanin yaradıcılığı, Azərbaycan musiqisində, incəsənətində xidmətləri haqqında məlumat vermişdir.

Sonra Ruhəngiz Qasımova öz yaradıcılıq planlarından danışmış, tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

Tədbirdə Ruhəngiz Qasımovanın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou nümayiş edilmiş, bəstəkarın mahnıları ifa olunmuş, müəllifi olduğu teletamaşalardan videofraqmentlər nümayiş olunmuşdur.

Tədbirdə Bakı Musiqi Akademiyasının Məktəb-studiyasının bədii rəhbəri və direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov çıxış etmişdir.

Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bəstəkarlar İttifaqının, BMA-nın, Bakı muzeylərinin əməkdaşları, klub üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *