Ədalət Vəliyev Ağdam və Bərdə rayonlarında olub » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Foto

Ədalət Vəliyev Ağdam və Bərdə rayonlarında olub - FOTO

Ədalət Vəliyev Ağdam və Bərdə rayonlarında olub

AzNews.info xəbər verir ki, Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mayın 17-də Ağdam və Bərdə rayonlarında olub. Səfər zamanı rayonların icra hakimiyyətləri başçıları, bir sıra mədəniyyət müəssisələrinin kollektivləri ilə görüşlər keçirilib.

Nazir müavini istifadəyə verilməsi üçün hazır olan Ağdam rayon Heydər Əliyev Mərkəzi və Veteranlar evinin binası ilə tanış olub, Ağdam Dövlət Dram Teatrının problemləri, repertuarı, tamaşaların hazırlanması prosesi ilə maraqlanıb.

Teatrın kollektivi bölgə teatrlarının Bakıda tamaşa göstərməsi təcrübəsini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Ədalət Vəliyev cəbhəyanı rayonlardakı teatrların fəaliyyətinin nazirlik rəhbərliyinin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Ağdam teatrının bu il oktyabr-noyabr aylarında Bakıya qastrol səfərinə hazırlaşması barədə teatrın rəhbərliyinə göstəriş verilib.

Cəbhənin xətinə yaxın ərazidə yerləşən Baharlı qəsəbəsinə gedən nazir müavini həmin vaxt bu yaşayış məntəqəsində olan Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla birlikdə işğalçı Ermənistan ordusunun artilleriya atəşləri nəticəsində ziyan dəymiş evlərə baş çəkib, sakinlərlə görüşüb.

Qiyaslı kəndində yerləşən uşaq musiqi məktəbinin, Güllücə kənd mədəniyyət evinin, Mərzli kənd kitabxanasının, “Dördyol-1” qəsəbəsində yerləşən Güllücə uşaq musiqi məktəbinin kollektivləri ilə də görüşlər keçirilib, mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı tövsiyələr verilib.

Ədalət Vəliyev Bərdə rayonunda Dövlət Rəsm Qalereyası, 1 və 4 saylı uşaq incəsənət məktəbləri, Tarix-Diyarşünaslıq Muzeyi, rayon Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxanada olub.

Onu da qeyd edək ki, düşmən tərəfinin davamlı surətdə törətdiyi təxribatlara baxmayaq Ağdam və Bərdə rayonunun bütün mədəniyyət müəssisələrinin normal fəaliyyəti təmin edilir. Binalar zəruri iş şəraitinə malikdir və lazımi avadanlıqlarla təchiz edilib. İnsanlarda ruh yüksəkliyi, vətənpərvərlik, torpağa bağlılıq hissi müşahidə olunur. Mədəniyyət işçiləri və yerli sakinlər keçirilən görüşlər zamanı Azərbaycan Respublikası Prezidentinin siyasətini tam dəstəklədiklərini vurğulayıblar.

Görüşlər zamanı bir sıra xahiş və təkliflər irəli sürülüb. Ağdam Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Quzanlı qəsəbə kitabxanası və Bərdə Mərkəzi Kitabxanasına 500 nüsxə latın qrafikası ilə çap olunmuş yeni kitabların verilməsi, Bərdə Rəsm Qalereyasında nümayiş etdirilmək üçün Azərbaycan Dövlət Rəsm Qalereyasından 30 ədəd rəsm əsərinin göndərilməsi və sərginin təşkili təklif olunub. Həmçinin rayonların mədəniyyət müəssisələrində uzun müddət çalışan və səmərəli fəaliyyət göstərən işçilərin əməyinin qiymətləndirilməsi xahiş olunub.
Ədalət Vəliyev Ağdam və Bərdə rayonlarında olub

Ədalət Vəliyev Ağdam və Bərdə rayonlarında olub

Ədalət Vəliyev Ağdam və Bərdə rayonlarında olub

Ədalət Vəliyev Ağdam və Bərdə rayonlarında olub

Ədalət Vəliyev Ağdam və Bərdə rayonlarında olub

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *