Təcrübə mübadiləsi məqsədi ilə beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir - FOTO
AzNews.info xəbər verir ki, Səfər çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət müəssisələri və xalq yaradıcılığı” şöbəsinin müdiri Fikrət Babayev, Bakı Mədəniyyət və Turizm Baş İdarəsinin rəhbərliyi, Mərdəkan Mədəniyyət Sarayı, Qobustan dövlət tarixi-bədii qoruğu və digər müəssisələrin rəhbərləri ilə görüşlər təşkil edilmişdir.
Aparılmış danışıqlar nəticəsində bir sıra məsələlərlə əlaqədar razılıqlar əldə olunmuşdur.
Əməkdaşlığın əsas predmeti təcrübə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və müxtəlif çap məhsullarının hazırlanmasıdır.
İlk növbədə görüləcək işlər sırasına “Bir millət - İki dövlət” kitabının hazırlanması, Xaçmaz rayon Mədəniyyət Sarayı, Kar-Der “Kars ve Yöresi Kültür Sosial Yardımlaşma ve Dayanışma Derneği” ilə əməkdaşlıq müqaviləsinin imzalanması və mədəniyyət işçilərinin birgə təlimlərinin keçirilməsidir.
Eyni zamanda mərkəzdə aparılmış danışıqlar zamanı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İstanbul “Böyükşəhər bələdiyyəsi” ilə əməkdaşlıq müqaviləsinin imzalanması məsələsi də müzakirə edilmişdir.
Mənbə:> AzNews.info