Azərbaycan TOP-20-likdə 2-ci yerə çıxıb
AzNews.info xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2016-cı ilin mart ayında Rusiya Federasiyasının “Моя Планета” telekanalının nümayəndələrinin Azərbaycana səfəri təşkil edilmişdir. Səfər çərçivəsində xüsusi proqram hazırlanması üçün respublikamızın turizm potensialını əks etdirən çəkilişlər aparılmışdır. Veriliş 19 mart 2016-cı il tarixində telekanalda efirə getmiş və aylıq reytinq üzrə baxış sayına görə 2-ci yerdə qərarlaşmışdır.
Qeyd edək ki, çəkilişlər Bakının tarixi hissəsi olan İçərişəhərdə Qız qalası, Şirvanşahlar sarayında, şəhərimizin görməli yerlərində, milli mətbəx nümunələrini təklif edən restoranlarda, iri ticarət mərkəzlərində və s. yerlərdə aparılmışdır.
Mənbə:> AzNews.info