Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Akademik Milli Dram Teatrında olub » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Foto

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Akademik Milli Dram Teatrında olub - FOTO

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Akademik Milli Dram Teatrında olub

AzNews.info xəbər verir ki, Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Meaze Qebremedhinin rəhbərlik etdiyi nümayəndə heyəti Akademik Milli Dram Teatrında olub. Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət görüşdə Azərbaycan teatrının tarixi, ənənələri haqqında məlumat verib, bildirib ki, rəhbərlik etdiyi mədəniyyət müəssisəsi ölkənin ən böyük teatrıdır.

Azər Paşa Nemət qeyd edib ki, Azərbaycan teatrının bir çox ölkələrlə əməkdaşlığı mövcuddur, qarşılıqlı qastrollar təşkil olunur: “Mədəniyyətlərin dostluğu, əməkdaşlığı çox vacib amildir. Bizim bir çox ölkələrlə mədəni əlaqələrimiz var, teatr sahəsində əməkdaşlığımız mövcuddur. Xüsusən müsəlman ölkələri ilə yaradıcı sahədə əməkdaşlığımız daha sıxdır. İstərdik ki, Efiopiya ilə də bu əlaqələrimiz qurulsun, inkişaf etsin. Çünki sizin təmsil etdiyiniz ölkə qədim mədəniyyətə malik ölkədir”.

Teatr direktoru Akademik Milli Dram Teatrının təmir olunaraq ən müasir texniki təchizatla tamaşaçıların ixtiyarına verilməsini Azərbaycan dövlətinin mədəniyyətə, teatra qayğısı kimi dəyərləndirib və əlavə edib ki, hazırda teatrda muzey, studiya, kitabxana və s. fəaliyyət göstərir.

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Meaze Qebremedhin səmimi qəbul görə minnətdarlığını bildirib, vurğulayıb ki, Bakıda olduqları müddətdə bir sıra mədəniyyət müəssisələri ilə tanış olublar: “Azərbaycan xalqının səmimi münasibəti və qonaqpərvərliyi ilə daha yaxından tanış olduq. Bir neçə gündür Bakıdayıq və müxtəlif mədəniyyət müəssisələri ilə tanış olmuşuq. Bu sırada ölkənin ən böyük teatrının olmasından məmnunuq. Biz də hesab edirik ki, iki ölkə arasında mədəni əlaqələr, teatr sahəsində əməkdaşlığın qurulması, inkişaf etdirilməsi vacibdir”.

Görüşdə efiopiyalı nazir iki dövlət arasında mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın inkişafına inam ifadə edib.

Daha sonra nümayəndə heyətinin üzvləri Akademik Milli Dram Teatrı ilə yaxından tanış olub, repertuarda olan “Şah Qacar” tamaşasına baxıb və maraqlı fikir mübadiləsi aparıb.
Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Akademik Milli Dram Teatrında olub

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Akademik Milli Dram Teatrında olub

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Akademik Milli Dram Teatrında olub

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *