“ATV Kitab” layihəsi ilə bağlı Əməkdaşlıq Memorandumu imzalanıb » AzNews.info -Xəbər portalı

“ATV Kitab” layihəsi ilə bağlı Əməkdaşlıq Memorandumu imzalanıb – FOTO

“ATV Kitab” layihəsi ilə bağlı Əməkdaşlıq Memorandumu imzalanıb


Martın 9-da Bakı şəhər Mədəniyyət və Turizm idarəsi ilə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

AzNews.info xəbər verir ki, memorandumu Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Vuqar Zeynalov, “ATV Kitab” layihəsinin və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu imzalayıblar.

Memorandumun şərtlərinə görə Bakı şəhərində və paytaxtın rayonlarında uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması məqsədi ilə müxtəlif mədəni tədbirlərin təşkili, Bakı şəhər Mədəniyyət və Turizm idarəsi tərəfindən ATV kanalı və “Parlaq imzalar” nəşriyyatı ilə birgə reallaşdırılan, “ATV Kitab” layihəsinə daxil olan nəşr nümunələrinin alınıb gənc oxuculara çatdırılması nəzərdə tutulur.

Həmçinin, əməkdaşlıq sənədinə əsasən Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin xətti ilə il ərzində təşkil olunan görüş və tədbirlər ATV kanalında işıqlandırılacaq.

Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Vuqar Zeynalov ATV kanalına eksklüziv açıqlamasında bildirib: “ Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının əsas tərkib hissəsi məhz mədəniyyətlə bağlıdır. Bu sahədə ölkəmizdə geniş miqyaslı işlər görülür. Beynəlxalq mədəni və humanitar tədbirlər gerçəkləşdirilir. Ölkədə ildən ilə daha çox yeni kitablar nəşr olunur və tərcümə edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində inkişaf strategiyası bu gün daha çox gənc nəslə -Azərbaycanın gələcəyinə xidmət edir. Uşaqlarla hər il keçirdiyi ənənəvi görüşündə Mehriban xanım onlara müraciət edərək deyib: “ Bu gün üzümü sizə tutub xahiş edirəm kitab oxuyasınız. Çünki kitablar, yəni bədii ədəbiyyat, həm Azərbaycanın bədii ədəbiyyatı, həm dünya xəzinəsinin bədii ədəbiyyatı həyatınızda sizə çox lazım olacaq və heç bir kompüter kitabı əvəz edə bilməz...”

Təsadüfi deyil ki, bu ilin fevralında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev nazirliyin tabeliyində olan kitabxanalarda uşaq ədəbiyyatının təbliğ edilməsi ilə bağlı əmr imzalayıb. Uşaq ədəbiyyatının, kitabın uşaqlar arasında təbliğinin gücləndirilməsini həmişə diqqətdə qalmasını nəzərə çatdırıb. Biz də Bakı şəhər Mədəniyyyət və Turizm idarəsi olaraq məhz mədəniyyət siyasətinə və strategiyasına öz kiçik töhfəmizi vermək, ATV kanalı ilə birlikdə gələcək nəsildə kitaba, ədəbiyyata olan marağı artırmaq istəyirik...”.

“ATV Kitab” layihəsinin rəhbəri Səlim Babullaoğlu artıq bir neçə aydır ki, “Parlaq imzalar” nəşriyyatı ilə birgə ciddi mədəni-intellektual layihə kimi dünya ədəbiyyatı, uşaq ədəbiyyatı və yeni milli ədəbiyyat nümunələri kimi kitabların nəşri ilə məşğul olduqlarını və bundan sonra Bakı şəhər Mədəniyyət və Turizm idarəsi ilə birlikdə həyata keçiriləcək müxtəlif mədəni görüş və tədbirlərin Azərbaycanın gələcəyi olan uşaqlara, yeniyetmələtə kitabın təbliği baxımından uğurlu zəmin yaradacağını vurğulayıb.

“ATV Kitab” layihəsi ilə bağlı Əməkdaşlıq Memorandumu imzalanıb
“ATV Kitab” layihəsi ilə bağlı Əməkdaşlıq Memorandumu imzalanıb
“ATV Kitab” layihəsi ilə bağlı Əməkdaşlıq Memorandumu imzalanıb

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *