Məşhur müğənni seriala çəkilir » AzNews.info -Xəbər portalı

Məşhur müğənni seriala çəkilir – VİDEO+FOTO

Məşhur müğənni seriala çəkilir


Məşhur amerikalı müğənni Ledi Qaqa seriala çəkilir. ANS PRESS-in məlumatına görə, "American Horror Story" ("Amerika Dəhşət Hekayəsi") serialının yaradıcı qrupu 5-ci mövsüm üçün qəhrəmanlarını təqdim edib. Bunlar arasında Ledi Qaqa ilk dəfə rol alır. Müğənni serialda kübar cəmiyyətin nümayəndəsi, eyni zamanda otel sahibi rolundadır. Hadisələr də elə bu oteldə cərəyan edir.

Serialda Ledi Qaqa təhlükəli qrafinya obrazındadır. Bu təhlükəli xanım törətdiyi qətilləri əlindəki metal əlcəklə həyata keçirir. İfaçının dediyinə görə, onun qəhrəmanı bir çox sınaqlardan keçib. Buna baxmayaraq o çox güclü qadındır.
Ekran əsərində məşhur model və aktrisa Naomi Kembl aktrisa Anjela Basset, Sara Polson və digərləri çəkilib.


Məşhur müğənni seriala çəkilir
Naomi Kembl


Məşhur müğənni seriala çəkilir
Anjela Basset


Məşhur müğənni seriala çəkilir
Sara Polson


İyul ayında ekran əsərinin rejissoru Rayyan Mörfideyib ki, Ledi Qaqa serialda çəkilmək üçün özü müraciət edib. Bundan əlavə o qəti surətdə mənfi obrazı canlandırmaq istəyini bildirib. Serialda müğənni yalnız aktrisa kimi çəkiləcək. Serialın mövsümü premyerası bu ilin oktyabr ayında baş tutacaq.


Məşhur müğənni seriala çəkilir
Serialın rejissoru Rayan Mörfi

Serialın birinci mövsümü isə hələ 2011-ci ilin oktyabrın 5-də təqdim olunub. Serialın hər buraxılışında maraqlı hekayələrdən söhbət açılır. Buna baxmayaraq aktyor heyəti hələ də dəyişməz olaraq qalır. Nəticədə isə tamaşaçılar eyni aktyorları müxtəlif obrazlarda və şəraitlərdə görür. Bu layıhə dəfələrlə “Emmi” və “Qızıl qlobus” o cümlədən ən yaxşı serial nominasiyalarına layiq görülüb.

İyul ayında Ledi Qaqa Bakıda keçirilən Birinci Avropa oyunlarının açılışında müğənni kimi iştrak edib. Ledi Qaqa 29 yaşındadır. O hər zaman ifası geyimi və səhnədə davranışı ilə digərlərindən seçilir.

Ledi Qaqa Bakıda 1-ci Avropa Oyunları zamanı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 8 aprel 2018 10:49
  • Yazan: Зочин
Resin casting halloween charms Resin .Pandora bracelets. Pandora Sale Charms Uk halloween charms Are Here , The simplest way for you to measure your Pandora bracelet is to visit Pandora Jewelry Retailers and try on different bracelets of different sizes.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *