Xızıda yandırılan həkimin qatili tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Xızıda yandırılan həkimin qatili tutuldu

Xızıda yandırılan həkimin qatili tutuldu


Azərbaycanda bir müddət əvvəl baş verən qətl hadisəsinin üstü açılıb.

AzNews.info xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Natəvan Əliyevanı öldürməkdə şübhəli bilinin keçmiş həyat yoldaşı Samir Səməndər oğlu Əliyev həbs olunub.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü N. Əliyevanın yanmış cəsədi iyulun 8-də Xızı rayonunun Yeni Yaşma qəsəbəsinin ərazisində aşkar edilib.
Meyitə ilkin baxış zamanı N.Əliyevanın qətlə yetirildiyi məlum olub.

Polisdən N.Əliyevanın bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə ərizə daxil olduğu bildirilib.

Qeyd edək ki, N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib, üç övladı var.

Samir Əliyev isə Bakıdakı 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyevanın oğludur.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *