Sabiq bank prezidenti “Bandotdel”ə aparıldı
Yaxın saatlarda məlumat əldə etmişik ki, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağırılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçilib seçilməməsi barədə hələlik məlumat yoxdur. Daxili İşlər Nazirliyindən məsələni dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, bu gün dövlət başçısı keçirdiyi müşavirədə banklara qaytarılmayan kreditlərin məsələsinə toxunub və iş adamlarının dövlətin vəsaitini taladığını deyib. Bu çıxışdan sonra növbəti həbslərin olacağı gözlənilən idi.
Mənbə:> AzadXeber.az