Bir sıra oliqarxın ölkədən çıxışına qadağa qoyulub » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bir sıra oliqarxın ölkədən çıxışına qadağa qoyulub

Bir sıra oliqarxın ölkədən çıxışına qadağa qoyulub



“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Azadlıq” qəzeti yayıb. Qəzetin yaydığı məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları açıqlamasa da, xeyli iş adamı barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumatlarda həmçinin bildirilir ki, bu işə görə bəzi oliqarxların ölkədən çıxışına qadağa qoyulub.

Modern.az saytı isə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb ki, “qaytarılmayan kreditlər məsələsi”ndə bəzi nazirlər və komitə sədrlərinin də adı keçir. Artıq bir neçə nazir və komitə sədrinin istintaqa çağırıldığı, hətta onlardan ifadəsi alınanların olduğu da vurğulanır.

Sirr deyil ki, hazırda nazirlik və komitələrə rəhbərlik edən məmurlar dolayı yollarla müxtəlif iri şirkətlərin sahibidirlər. Bu, bir neçə gün öncə Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin rəisi vəzifəsindən çıxarılan Rəşad Məmmədovun timsalında bir daha təsdiqləndi. Məlum oldu ki, o, dövlət qurumuna rəhbərlik etməklə yanaşı, “AzImport” şirkətinin də sahibiymiş.

Bu baxımdan bəzi nazir və komitə sədrlərinin Beynəlxalq Banka qaytarılmayan kreditlər məsələsinə görə istintaqa cəlb olunması təsüdüfi deyil.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *