Keçmiş baş nazir 1 milyon dollara zaminə buraxıldı
Azadliq.info xatırladır ki, ötən il Tailandda olan hərbi çevriliş zamanı hakimiyyət devrilmiş, Çinavat da baş nazir postundan uzaqlaşdırılaraq həbsə atılmışdı. İddia olunur ki, keçmiş baş nazir vəzifədə olduğu dönəmdə düyü ticarətində olan kütləvi korrupsiya hallarının qarşısını almaq üçün heç bir səy göstərməyib. Bunun nəticəsində də Tailandın dövlət büdcəsinə 15 milyard dollar ziyan dəyib.
Çinavat isə məhkəmədə ona qarşı irəli sürülən ittihamı rədd edib. O, təqsirsiz olduğunu sübuta yetirən dəlilləri iyulun 3-dək məhkəməyə təqdim etməlidir. Bundan sonra iş üzrə şahidlər dindiriləcək. Artıq keçmiş baş nazirin əleyhinə ifadə verəcəyini bəyan edən 10 şahid var.
Müdafiə tərəfinin şahidlərinin sayı isə hələlik bəlli deyil. Tailandın ilk qadın baş naziri olan Çinavat məhkəmədə müdafiə olunmağa hazır olduğunu bildirib.
Mənbə:> azadliq.info