Məşhur futbolçunu belə öldürmək istədilər
2012-ci ildə 8 nəfəri qətlə yetirdiyinə görə hazırda ömürlük azadlıqdan məhrum olunan Peter Manqs bir neçə il bundan əvvəl İsveç millisinin üzvü Zlatan İbrahimoviçi öldürmək istəyib.
ANS PRESS-in məlumatına görə, həbsxanada kitab yazan cinayətkar xatirə dəftərində vaxtı ilə isveçli hücumçunu qətlə yetirmək istədiyini yazıb. Peter Maqns hadisəni belə təsvir edib:
“Malmödə gəzəndə futbolçunun “Ferrari” avtomobilini dayanacaqda düzgün saxlamadığını gördüm. Onun bu hərəkəti məni qəzəbləndirdi. Əgər yanımda silah olsaydı, futbolçunu vurardım.
Lakin yenə də dözmədim və silah götürmək üçün evə qayıtdım. Lakin hadisə yerindən uzaqlaşanda nəsə səs-küy eşitdim. Artıq mən silahla ora çatanda maşın yerində yox idi. Belə başa düşdüm ki, sakinlərin təkidi ilə futbolçu avtomobilini oradan götürüb”.