Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Azərbaycanlı futbolçu Emil Hüseynovun ermənilər tərəfindən qətlə yetirilməsi Rusiya cəmiyyətində də birmənalı qarşılanmayıb.
ANS PRESS-in milli.az-a istinadən verdiyi məlumata görə, Rusiya mətbuatı belə bir hadisənin qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində baş verdiyinə diqqət çəkir. Ermənilərin qisasçılıq zəminində bu əməli törətdiklərini qeyd edirlər.
Xəbərlərin oxucuları da azərbaycanlı futbolçunun qətlini pisləyirlər. "Vzqlyad" qəzetinin İnternet resursunda yazılmış xəbərə şərh yazan oxucular ermənilərin artıq özlərini çox rahat hiss etdiklərini qeyd ediblər.
Poruçik Rjevski adlı istifadəçi yazır: "Bu erməniciklər özlərini Rusiyada çox rahat hiss eləməyə başlayıblar. Minlərlə insanın sevdiyi futbolçunu öldürmək olarmı? Ermənilər bu qədər vəhşiləşiblər? Rədd olun artıq öz İrəvanınıza!"
Vladimir Kojiçkin adlı istifadəçi isə hesab edir ki, Tiqran Çiçakyan nə etdiyini yaxşı bilirdi. O, Emili məqsədyönlü şəkildə öldürüb:
"O, sadəcə bilirdi ki, haraya vurmaq lazımdır. İnsanı öldürmək üçün güclü zərbə lazım deyil. Məlum olduğu istənilən qüvvə ilə adam öldürmək olar. O professionaldır. Öz biliklərindən istifadə edərək qətli törədib".
Mitka Voljanin erməni qatilin Rusiya cəmiyyəti üçün pis nümunə olduğunu yazıb. Onun sözlərinə görə, pis əməllər yoluxucu olur. Bu səbəbdən də gəncləri belələrindən qorumaq lazımdır.
Oxucular arasında erməni qatili "vəhşi", "meymun" kimi adlandıranlar da olub.
Erməni qatil Tiqran Çiçakyanı tanıyan Dmitri adlı oxucu yazıb ki, onun oxuduğu məktəbdə erməni millətçiliyi geniş vüsət alıb. Hüquq-mühafizə orqanları həmin məktəbə diqqət yetirməlidirlər.
Mənbə:> ANSPRESS