Səidə Sultanın prodüserini öldürənlər tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Video

Səidə Sultanın prodüserini öldürənlər tutuldu – VİDEO

Səidə Sultanın prodüserini öldürənlər tutuldu


Bakının Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə qətl törədilib.

28 yaşlı Cahangirov Hamlet Elxan oğlu çoxsaylı bıçaq xəsrətlərilə qətlə yetirilib.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi, 26-cı polis bölməsi və rayon prokurorluğuna məlumat verilib.

26-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisənin üstünü “isti izlərlə” açmaq mümkün olub.

Cinayəti törətməkdə şübhəli bilinən Səbail rayon sakinləri Mirzəyev Yusif Cavanşir oğlu, Həsənov Sahib Telman oğlu və Şahbazov Fərid Çingiz oğlu saxlanılaraq istintaqa təqdim edilib.

Qətlin təfərrüatları barədə hələlik açıqlama verilməyib.

Məlumata görə, qətlə yetirilən Hamlet Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *