600 qızın qanında vanna qəbul edən qadın – FOTO
Qadınlar zərif cins olsa da bəzən onların etdikləri insanın qanını dondurur. ANS PRESS tarixin ən qəddar 10 qadınını təqdim edir.
Elizabet Bathori
Onun hekayəsi qorxunc filmlərdən seçilmir. İddiaya görə, o 600-ə yaxın gənc qızı öldürüb və gəncləşmək üçün onların qanından vanna qəbul edib.
Anna Mari Hahn
20-ci əsrin əvəllində ABŞ-a köçən Anna burada evlənib və ailə sahibi olub. Hahn yaşadığı yerdəki qocaları zəhərləyərək öldürüb və onları soyub. Hahn 1937-ci ildə edam edilib.
Belle Gunness
"Qara dul" 40-dan çox kişinin canını alıb. O, sığortadan pul əldə edə bilmək üçün bu addımı atıb. Sevgililərini və həyat yoldaşlarını isə qəzet elanı ilə tapırdı.
Meri Tudor
"Qanlı Meri" kafir adı ilə yüzlərlə insanı vəhşiçəsinə öldürüb.
Leonarda Cianciulli
Əslində o sadəcə 3 nəfəri öldürüb. lakin qətlə yetirdiyi şəxslərin ətindən keks hazırlayaraq qonaqlarına yedirdiyi üçün adını tarixə salıb.
Genene Cons
Texasda tibb bacısı olan Cons işlədiyi xəstəxanada uşaqları zəhərləyib yenidən sağaltmağa çalışırdı. Sadəcə bir ölüm faktına görə ittiham edilsə də onun 60-dan çox insanı qətlə yetirdiyi deyilir.
Jane Toppan
Tibb bacısı olan Toppan xəstələri öldürdüyünü, üzərlərində təcrübələr apardığını və bundan həzz aldığını deyib. O, 31 nəfəri qətlə yetirdiyini etiraf edib.
Lavinia Fişer
Silsilə qətllər törədərək tarixə keçən ilk qadındır. Əri ilə birlikdə çalışdığı oteldə qalan qonaqları öldürüb onların pullarını oğurlayıb. Əri ilə birlikdə 1820-ci ildə asılıb.
Juana Barraza
Meksikalı güləşçi 49 nəfəri qətlə yetirməkdə ittiham edilir. Məhkəmə qarşısında isə onun qətllərinin 11-i sübut edilib.
Judi Buenoano
Judi ərini, oğlunu və nişanlısını zəhərləyib. O, 1971-ci ildə edam edilib.
Mənbə:> ANSPRESS