Bakıda gənc qızı döyüb mobil telefonunu əlindən aldılar
Bakının Nərimanov rayonunda gənc qıza qarşı cinayət törədilib.
APA-nın məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.
Belə ki, Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyüblər. Onlar daha sonra zərərçəkmişin mobil telefonunu da alıblar. N.Musazadə baş vermiş hadisə ilə bağlı polisə məlumat verib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə:> APA