Britaniyada dörd məscidə hücum » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

Britaniyada dörd məscidə hücum

Britaniyada dörd məscidə hücum


Britaniya polisi cümə axşamı Birminqem şəhərində dörd məscidə edilən vandal hücumu ilə əlaqədar istintaq aparır. Naməlum şəxs dörd ayrı məhəllədə yerləşən məscidin şüşələrini qırıb.

“RİA Novosti” nin məlumatına görə, bu haqda Uest-Midlends qraflığının polis idarəsi məlumat yayıb.

“Hələlik ötən gecə baş verən bu hücumların motivləri məlum deyil”, - deyə polis rəsmisi Deyv Tompson bildirib.

Rəsmi məlumata görə, ilk insident yerli vaxtla 02:30-da (Bakı vaxtı ilə 06:30 radələrində) baş verib. Naməlum şəxs ağır çəkiclə məscidlərdən birinin şüşələrini qırıb. Sonradan polisə şəhərin üç başqa məscidinin də anoloji hücumlara məruz qalması ilə bağlı şikayət daxil olub.

Cinayətkarın yaxalanması istiqamətində işlər aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *