Pakistanda məscidə hücum olub
Pakistanın qərbində hərbi bazanın ərazisində yerləşən məscidə yaraqlılar hücum edib. Hadisə nəticəsində iki pakistanlı hərbçi ölüb.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, bu barədə AR məlumat yayıb.
Hücum nəticəsində daha 14 hərbçi yaralanıb.
TASS-ın məlumatına görə, yaraqlılar hərbi bazanın həyətinə girməyə çalışıblar, amma məscidə yaxınlaşarkən atəş açıblar.
Atışma başlayıb, atışmanın gedişatında dörd yaraqlının dördü də zərərsizləşdirilib.
Mənbə:> Oxu.az