Göyçayda gənc bayram günü faciəvi şəkildə öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Göyçayda gənc bayram günü faciəvi şəkildə öldü

Göyçayda gənc bayram günü faciəvi şəkildə öldü


Göyçay şəhərinin mərkəzində bayram günü faciə yaşanıb.

Oxu.Az-ın xəbərinə görə, hadisə bu axşam saat 20:00 radələrində şəhərin Nərimanov küçəsində qeydə alınıb.

Rayon sakini, 1996-cı il təvəllüdlü Kərimov Akif Asif oğlu piyada səkisində hərəkət edərkən “Oskar” marketin qarşısındakı irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq onun başına düşüb.

O, ağır kəllə-beyin travması alaraq huşunu itirib. Çoxlu qan itirən Akif Kərimov yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına göndərilib, lakin yolda dünyasını dəyişib.

Qeyd edək ki, ötən həftə Göyçay şəhərinin mərkəzində irigövdəli başqa bir çinar ağacı aşaraq avtomobil yolunu bağlamışdı. Həmin hadisə zamanı evlərə və insanlara ziyan dəyməmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *