Gəncədə “heroin əməliyyatı” » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Gəncədə “heroin əməliyyatı”

Gəncədə “heroin əməliyyatı”


Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri uğurla davam etdirilir.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Namiq Tağıyev saxlanılaraq polis idarəsinə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 0.23 qram olan, narkotik vasitə olan “heroin” aşkar olunub.

N.Tağıyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evindən isə 24 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 1.93 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Tağıyevə narkotik vasitə satan şəxsin, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Ehtiram Fərəcov olduğu müəyyən edilərək, Kəpəz RPİ-nə gətirilib.

Onun evinə baxış keçirilən zaman 11 ədəd kibrit qutusunda və 1 ədəd selofanda ümumi çəkisi 75.26 qram çəkidə narkotik vasitə olan marixuana və evin müxtəlif yerlərindən ümumilikdə 36 ədəd siqaret falqasına bükülü olan ümumilikdə 4.92 qram narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *